İSOCLUBPerformans sistemi
ƏsasHaqqımızdaXidmətlərMağazaMəqalələrPulsuz alətlər
Pulsuz alətlər
Daxil olQeydiyyat
Daxil ol

İSOCLUB / HAQQIMIZDA

Planı insan qurur. İrəliləyişi birlikdə izləyirik.

İsmayılın hazırladığı məşq və qida planı telefonda gündəlik tapşırığa çevrilir; etdiklərini və çətinliklərini məşqçinlə bölüşürsən.

01 / NİYƏ

Plan kağızda yox, gündəlik həyatda işləməlidir.

Bir çox proqram yalnız planı göndərir. Sonra tələbə hansı çəkidə işlədiyini, yeməyi dəyişib-dəyişmədiyini və harada çətinlik çəkdiyini ayrı-ayrı mesajlarda izah etməli olur. Biz bu parçalanmanı azaltmaq istəyirik.

İsoClub Azərbaycanda məşqçi ilə tələbə arasındakı işi bir yerə toplamaq üçün qurulur. Məşq və qidalanma planını məşqçi hazırlayır; tətbiq isə günün tapşırıqlarını, icranı və geribildirimi hər iki tərəf üçün görünən edir.

Məşq planı və gündəlik qeydlər üzərində işin illüstrasiyası

Təsviri görüntü

02 / NECƏ İŞLƏYİR

01

Məşqçi planı qurur

Məqsəd, vaxt, avadanlıq və məhdudiyyətlər nəzərə alınır. Hazır proqram hamıya eyni şəkildə verilmir.

02

Tələbə icra edir

Məşq, qida və gündəlik qeydlər telefonda bir ardıcıllıqla görünür.

03

Geribildirim planı dəyişir

Nəticə və çətinliklər görünəndə məşqçi gələcək günləri uyğunlaşdırır.

03 / İNSANLAR VƏ ETİBAR

Arxasında kim dayanır?

İsmayıl məşqçi kimi planın qurulmasına və tələbənin geribildirimini dəyərləndirməyə cavabdehdir. Məhsul tərəfi gündəlik istifadənin sadəliyinə və məlumatların təhlükəsizliyinə baxır.

Sistem məşqini və yeməyini telefonundan izləmək, gördüyü işi məşqçisi ilə bölüşmək və növbəti addımı aydın bilmək istəyən tələbələr üçündür.

Etibar necə qorunur?

Həssas məlumatlar yalnız məşq prosesində lazım olduqda soruşulur. Analitika və AR-GE üçün əlavə ölçüm ayrıca razılıqla işləyir; razılığı sonradan dəyişmək mümkündür.

Məxfilik siyasəti
Sistemi yaxından tanı
İSOCLUB

Fərdi məşq, ölçülə bilən qidalanma və məşqçinlə birbaşa əlaqə.

HaqqımızdaXidmətlərMağaza
VakansiyalarTez-tez verilən suallar
MəqalələrƏlaqə
Məxfilikİstifadə şərtləriKuki siyasəti
© 2026 İsoClubdeveloped by Bakhtiyar
İrəliləyişini gör, ritmini qoru.