Məşqçi planı qurur
Məqsəd, vaxt, avadanlıq və məhdudiyyətlər nəzərə alınır. Hazır proqram hamıya eyni şəkildə verilmir.
İSOCLUB / HAQQIMIZDA
İsmayılın hazırladığı məşq və qida planı telefonda gündəlik tapşırığa çevrilir; etdiklərini və çətinliklərini məşqçinlə bölüşürsən.
01 / NİYƏ
Bir çox proqram yalnız planı göndərir. Sonra tələbə hansı çəkidə işlədiyini, yeməyi dəyişib-dəyişmədiyini və harada çətinlik çəkdiyini ayrı-ayrı mesajlarda izah etməli olur. Biz bu parçalanmanı azaltmaq istəyirik.
İsoClub Azərbaycanda məşqçi ilə tələbə arasındakı işi bir yerə toplamaq üçün qurulur. Məşq və qidalanma planını məşqçi hazırlayır; tətbiq isə günün tapşırıqlarını, icranı və geribildirimi hər iki tərəf üçün görünən edir.

Təsviri görüntü
02 / NECƏ İŞLƏYİR
Məqsəd, vaxt, avadanlıq və məhdudiyyətlər nəzərə alınır. Hazır proqram hamıya eyni şəkildə verilmir.
Məşq, qida və gündəlik qeydlər telefonda bir ardıcıllıqla görünür.
Nəticə və çətinliklər görünəndə məşqçi gələcək günləri uyğunlaşdırır.
03 / İNSANLAR VƏ ETİBAR
İsmayıl məşqçi kimi planın qurulmasına və tələbənin geribildirimini dəyərləndirməyə cavabdehdir. Məhsul tərəfi gündəlik istifadənin sadəliyinə və məlumatların təhlükəsizliyinə baxır.
Sistem məşqini və yeməyini telefonundan izləmək, gördüyü işi məşqçisi ilə bölüşmək və növbəti addımı aydın bilmək istəyən tələbələr üçündür.
Həssas məlumatlar yalnız məşq prosesində lazım olduqda soruşulur. Analitika və AR-GE üçün əlavə ölçüm ayrıca razılıqla işləyir; razılığı sonradan dəyişmək mümkündür.
Məxfilik siyasəti